Əsas Səhifə > Maraq > Qvardiola ittihamlara cavab verdi

Qvardiola ittihamlara cavab verdi


10-06-2018, 14:05


"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çalışdırdığı komandanın sabiq yarımmüdafiəçisi Yaya Turenin sözlərinə şərh verib.

"Marka” xəbər verir ki, mütəxəssis onu irqçilikdə suçlayan Turenin yalan danışdığını deyib: "Rasizmdə suçlanmağım yalandı. Bunu Yaya özü də bilir. İki il çiyin-çiyinə işləmişik. Gedəndən sonra heç vaxt üzümə demədiyini dilə gətirirsə, problem onun özündədi”.

Qeyd edək ki, Ture "Mançester Siti”ni 2017/18 mövsümünün sonunda tərk edib.
Geri qayıt