Əsas Səhifə > Maraq > Azərbaycanlı mütəxəssislər Romada UEFA-nın konfransında iştirak edirlər

Azərbaycanlı mütəxəssislər Romada UEFA-nın konfransında iştirak edirlər


Bu gün, 13:54


Azərbaycanın iki futbol mütəxəssisi İtaliyanın paytaxtı Romada keçirilən UEFA-nın məşqçilərin təhsilinə həsr olunmuş konfransında iştirak edir.

BrendSport.az
xəbər verir ki, tədbirdə ölkəmizi AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil edirlər.

15-ci dəfə keçirilən Məşqçilərin Təhsili Konfransının əsas məqsədi məşqçilərin təhsilinə rəhbərlik edən mütəxəssisləri bilik və bacarıqlarını inkişaf etdirməyə, əldə etdikləri təcrübəni praktikada tətbiq etməyə təşviq etməkdir.

Bu gün başlayan konfrans oktyabrın 22-də başa çatacaq.
Geri qayıt