Əsas Səhifə > Maraq > Fransada “Qalatasaray”ın təhlükəsizliyi üçün 6 snayper, 250 hərbçi və 1000 polis əməkdaşı ayrılıb

Fransada “Qalatasaray”ın təhlükəsizliyi üçün 6 snayper, 250 hərbçi və 1000 polis əməkdaşı ayrılıb


Bu gün, 12:26


UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Fransada “Lill”lə qarşılaşacaq “Qalatasaray”ın oyun öncəsi təhlükəsizliyi gücləndiriləcək.

BrendSport.az
xəbər verir ki, İstanbul təmsilçisinin səfəri zamanı genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Məlumata əsasən, komandanın qalacağı hotelin damında 6 snayper növbə çəkəcək. Bundan başqa, 250 xüsusi təlim keçmiş hərbçi və 1000 nəfərlik polis təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək. Bu tədbirlərin “Qalatasaray”ın futbolçularını, klub nümayəndələrini və azarkeşlərini mümkün təhlükələrdən qorumaq məqsədi daşıdığı bildirilir.

Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək “Lill” - “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Geri qayıt