Əsas Səhifə > Maraq > Azərbaycan balıqçıları beynəlxalq turnirdə gümüş medal qazanıblar

Azərbaycan balıqçıları beynəlxalq turnirdə gümüş medal qazanıblar


Dünən, 16:40


Türkiyənin Elazığ şəhərində yerləşən Hazar gölündə keçirilən III Beynəlxalq Hazar Sazan Kubokunda Azərbaycan Su İdmanı Federasiyasını (AZSİF) təmsil edən “BAKI” Balıqçılar Klubunun idmançıları uğurlu nəticə əldə ediblər.

BrendSport.az
xəbər verir ki, 7 gün fasiləsiz davam edən karpfişinq (sazan balığının idman məqsədilə ovu) yarışı 48 komandanın iştirakı ilə baş tutub. Türkiyə, Almaniya, İran, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan komandaların mübarizə apardığı turnirdə rəqabət gərgin keçib.

Azər Əliyev, Hüseyn Qeybi və Nihad Camalovun mübarizə apardığı komanda ümumilikdə 88,265 kiloqram (12 balıq), TOP 5 göstəricisi üzrə isə ümumi çəkisi 52,580 kiloqram olan sazan balıqlarının nəticəsi ilə yarışı ikinci pillədə başa vuraraq gümüş medala sahib olublar.



Geri qayıt