Əsas Səhifə > Maraq > Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur


Bu gün, 13:25


Bazar dəyəri ən yüksək 30 futbolçu arasında Vinisius Junior karyerası ərzində aldığı qırmızı vərəqələrin sayına görə liderdir.

BrendSport.az
xəbər verir ki, braziliyalı futbolçunun aktivində 5 qırmızı vərəqə var və bunların 4-ü forvarda birbaşa göstərilib.

Hücumçu sonuncu dəfə İspaniya çempionatının VIII turunda “Vilyarreal”la görüşün (1:0) 72-ci dəqiqəsində rəqib futbolçunun saçından dartdığı üçün meydandan qovulub. Epizod qolla nəticələnsə də, VAR müdaxiləsindən sonra qol ləğv edilib və braziliyalı hücumçuya birbaşa qırmızı vərəqə göstərilib. Vinisius bu hadisəyə görə La Liqanın 4 oyununu buraxacaq.

O, diskvalifikasiya səbəbindən El-Klasiko da iştirak edə bilməyəcək. Belə ki, oktyabrın 18-də “Sevilya”, 26-da “Barselona”, noyabrın 1-də “Rasinq” və noyabrın 8-də “Valensiya” ilə oyunlarda meydana çıxmayacaq. Futbolçu meydana noyabrın 22-də “Selta”ya qarşı XIII tur matçında qayıda biləcək.

Qeyd edək ki, Vinisius Junior cari mövsüm La Liqada 8 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Geri qayıt