Əsas Səhifə > Maraq > Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıbBu gün, 11:09 |
![]() Azərbaycan klubları avrokubokların 2026/2027-ci illər mövsümündə 14-cü qələbəsini qazanıb. BrendSport.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turuna təsadüf edib. “Sabah” öz meydanında Çexiya “Slaviya”sına 2 cavabsız qolla qalib gəlib. Bu, Azərbaycan təmsilçilərinin cari mövsümdə ümumilikdə 14-cü avrokubok qələbəsi olub. Bununla da ölkəmiz tarixinin yeni rekorduna imza atıb. Bunadək ən yüksək göstərici 13-ə bərabər idi. 2023/2024-cü illər mövsümündə komandalarımız ümumilikdə 13 qələbəyə sevinmişdi. Cari mövsümdə “Sabah” 7, “Qarabağ” 4, “Zirə” 2, “Neftçi” 1 dəfə meydandan qalib ayrılıb. Bu qələbə UEFA reytinqinə də təsir edib. Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə, son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalları isə 24,187-yə yüksəlib. Bu, 24,125 xala malik İsraili keçmək üçün yetərli olub. Bir pillə irəliləyən Azərbaycan hazırda UEFA reytinqində 24-cü sırada qərarlaşıb. Geri qayıt |