Əsas Səhifə > Maraq > Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayırBu gün, 11:00 |
![]() Bu gün “Gəncə” və “LANDAU Lions” basketbol klubları FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyunlarını keçirəcəklər. BrendSport.az xəbər verir ki, “Gəncə” C qrupundakı ilk matçında Türkiyənin “Esenler Erokspor” komandasının qonağı olacaq. İstanbulda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Gəncə” qrup mərhələsində Rumıniyanın “Universitatya Krayova”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist” və Yunanıstanın “Kolossos” komandaları ilə də qarşılaşacaq. Azərbaycanın digər təmsilçisi “LANDAU Lions” isə G qrupunda İsveçrənin “Lions de Geneve” klubunu qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək. Bu qrupda Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” klubları da yer alır. Geri qayıt |