Əsas Səhifə > Maraq > Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun
Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsunBu gün, 19:18 |
![]() Azərbaycana - təşəbbüslərin, enerjinin, yeni texnologiyaların və davamlı inkişafın, eləcə də idman, mədəniyyət və ənənələr diyarına xoş gəlmisiniz. Bütün idman növlərinə və tədbirlərinə, xüsusən bu dünya çempionatına göstərdiyi davamlı və dəyərli dəstəyə görə Azərbaycan hökumətinə dərin təşəkkürümü bildirmək istəyirəm. BrendSport.az xəbər verir ki, bu sözləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatının açılış mərasimi zamanı deyib. O, son illərdəki böyük nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və qalibləri təbrik edib: “Bütün Olimpiya ailəsini əldə olunan böyük uğurlara və yüksəksəviyyəli tədbirlərin təşkilinə görə təbrik edirəm. Qoy, cüdo bu gün ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun. Bütün qonaqlarımıza, azarkeşlərimizə, cüdo ailəsinə və idman ailəsinə minnətdaram”. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub. Geri qayıt |