Əsas Səhifə > Maraq > FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstəribDünən, 21:30 |
![]() Fövqəladə Hallar Nazirliyinin (FHN) kişilərdən ibarət “Xilasedici” voleybol komandası Türkiyənin İzmir şəhərində keçirilən “TÜGİAD Ege Uluslarası” voleybol turnirində yüksək nəticə qazanıb. BrendSport.az xəbər verir ki, turnirdə iştirak edən “Xilasedici” voleybol komandası yüksək əzmkarlıq göstərərək yarışı ikinci yerdə başa vurmağı bacarıb. Qeyd edək ki, “Xilasedici” komandası voleybol üzrə Azərbaycan çempionu və Yüksək Liqasının qalibidir. Geri qayıt |