Əsas Səhifə > Maraq > Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilibBu gün, 14:06 |
![]() Sentyabrın 30-da Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. BrendSport.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gənclər və idman naziri Fərid Qayıbov 4 il ərzində federasiyaya rəhbərlik etmiş Muxtar Babayevə fəaliyyətinə görə minnətdarlığını bildirib. Muxtar Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü ifadə edib. İclasın gündəliyi təsdiqləndikdən sonra Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin 2022-2026-cı illər ərzində gördüyü işlərə dair hesabat təqdim olunub, səsvermə ilə təsdiqlənib. Daha sonra federasiyanın rəhbərliyinə seçki keçirilib. Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib. Yığıncaqda çıxış edən Ağakərim Səmədzadə göstərilən etimada görə təşəkkürünü bildirib və alpinizmin inkişafı istiqamətində əlindən gələni edəcəyini vurğulayıb. ![]() ![]()
Geri qayıt |