Əsas Səhifə > Maraq > Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq

Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq


Bu gün, 13:52


Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvü, soydaşımız Kənan Hüseynəliyev növbəti peşəkar döyüşünə çıxmağa hazırlaşır.

BrendSport.az
xəbər verir ki, həmyerlimiz oktyabrın 10-da keçiriləcək möhtəşəm boks gecəsində Argentina təmsilçisi Leonardo Baez ilə qarşılaşacaq.

Qarşılaşma Almaniyanın Aşersleben şəhərindəki “Ballhaus in Aschersleben" idman kompleksində keçiriləcək.

“Odlar Yurdu” boks klubunun rəhbəri və Kənan Hüseynəliyevin məşqçisi Azad Əzizov yetirməsinin bu ciddi sınaqda uğur qazanacağına əmin olduğunu bildirərək, qarşılaşmaya çox ciddi hazırlaşdıqlarını vurğulayıb.

Klub rəhbəri Almaniyada yaşayan soydaşlarımızı arenaya gələrək, qarşılaşmanı izləməyə və Kənana dəstək nümayiş etdirməyə çağırıb.
Geri qayıt