Əsas Səhifə > Maraq > Formula 1 Azərbaycan Qran-Prisi: Marşal proqramı üçün 10 ildə 35 mindən çox müraciət olub

Formula 1 Azərbaycan Qran-Prisi: Marşal proqramı üçün 10 ildə 35 mindən çox müraciət olub


Dünən, 13:07


Formula 1 Azərbaycan Qran-Prisinin 10 illik tarixində marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub.

BrendSport.az
xəbər verir ki, müraciətlərin sayı ildən-ilə artıb. 2017-ci ildə 2379 nəfər müraciət etmişdisə, 2026-cı ildə bu göstərici 4201-ə yüksəlib.

2016-cı ildə Bakıda keçirilən ilk yarışda marşalların böyük hissəsi Bəhreyndən cəlb olunsa da, 2017-ci ildən etibarən mütləq əksəriyyəti yerli mütəxəssislər təşkil edib. Azərbaycan Qran-Prisinin 10-cu - yubiley yarışında 40 postda 1100 yerli marşalın iştirakı nəzərdə tutulur. Bundan əlavə, təşkilatçılığa 40 ölkəni təmsil edən 110 beynəlxalq marşal cəlb olunacaq.

Təcrübə qazanan azərbaycanlı marşallar artıq xarici yarışlarda da fəaliyyət göstərirlər. Hər il 25–30 yerli marşal müxtəlif ölkələrə səfər edir. 2026-cı ildə iki azərbaycanlı marşal ilk dəfə Monako Qran-Prisində çalışıb. Əvvəlki illərdə isə yerli marşallarımız ABŞ (2021) və Əbu-Dabi Qran-prilərində vacib tapşırıqları icra ediblər.

Həmçinin 2022-ci ildə Bakı yarışında postlardan birinin tamamilə qadın marşallardan ibarət olması Formula 1 tarixində ilk belə fakt kimi qeydə alınıb.
Geri qayıt