Əsas Səhifə > Maraq > “Mançester Yunayted” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq

“Mançester Yunayted” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq


Dünən, 15:54


İngiltərənin “Mançester Yunayted” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq.

BrendSport.az
xəbər verir ki, “qırmızı şeytanlar”ın heyətində Amad Diallo, Matteys de Lixt, Manuel Uqarte və Karlos Balebanın matçda iştirak etməyəcəyi dəqiqdir. Onlar zədədən sonra bərpa prosesi keçirlər.

Qapıçı Tom Hiton və hücumçu Markus Reşfordun isə meydana çıxıb-çıxmayacağı sual altındadır. Bu iki futbolçunun durumuna oyun günü aydınlıq gələcək.

Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Geri qayıt