Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Sabah” əsas mərhələ üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
Çempionlar Liqası: “Sabah” əsas mərhələ üçün iştirak ərizəsini UEFA-ya təqdim edibBu gün, 20:25 |
![]() “Sabah” Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. BrendSport.az xəbər verir ki, siyahıda 26 futbolçunun adı qeyd olunub. Oyunçuların 23-ü A, 3-ü isə B siyahısında yer alıb. Klubdan bildirilib ki, hələlik iştirak ərizəsində hansısa dəyişiklik nəzərdə tutulmayıb. Qapıçılar: Amin Ramazanov, Rauf Əyyubov (B), Stas Pokatilov, Rəvan Mirzəmmədov (B); Müdafiəçilər: Stiv Solve, Aden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka; Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçaab, Abdulah Xaybulayev, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov (B); Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina. Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” əsas mərhələdə İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Azərbaycan çempionu ilk matçını sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək. Geri qayıt |