Əsas Səhifə > Maraq > “Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib


Bu gün, 16:30


“Sabah”ı UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, bu gün Monakoda keçiriləcək tədbirdə klubun prezidenti Maqsud Adıgözəlov, baş icraçı direktor Ramin Həsənov və baş məşqçi Valdas Dambrauskas iştirak edəcəklər.

Mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Geri qayıt