Əsas Səhifə > Maraq > ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib
ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşibBu gün, 11:30 |
![]() ABŞ-nin Sinsinnati şəhərində qadınlar arasında WTA-1000 turnirinin qalibi amerikalı tennisçi Koko Qauff, kişilər arasında ATP-1000 turnirinin qalibi isə fransalı Artur Fils olub. BrendSport.az xəbər verir ki, dünya reytinqinin 4-cü pilləsində qərarlaşan Qauff finalda həmyerlisi və dünyanın 3 nömrəli raketka ustası Cessika Pequla üzərində 2:0 (6:2, 6:4) hesablı qələbə qazanıb. Görüş 1 saat 15 dəqiqə davam edib. Bu titul Qauff üçün Sinsinnatidə karyerasının ikinci çempionluğu olub. O, ilk dəfə 2023-cü ildə bu turnirdə qalib gəlmişdi. Kişilər arasında finalda isə dünya reytinqinin 21-ci pilləsində olan Artur Fils 23-cü sırada qərarlaşan amerikalı Frensis Tiafoe ilə qarşılaşıb. Fransalı tennisçi 2:1 (6:3, 1:6, 6:0) hesabı ilə qalib gəlib. Görüş 1 saat 28 dəqiqə davam edib. Geri qayıt |