Əsas Səhifə > Maraq > Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq


Dünən, 19:17


UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə keçirilmiş cavab oyununda (2:0) zədələnən “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin durumuna aydınlıq gəlib.

BrendSport.az
xəbər verir ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.

Futbolçunun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.
Geri qayıt