Əsas Səhifə > Maraq > Çempionlar Liqası: "Sabah" darmadağınla pley-off mərhələsində
Çempionlar Liqası: "Sabah" darmadağınla pley-off mərhələsində11-08-2026, 22:00 |
![]() "Sabah" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orxus” klubunu qəbul edib. “Bank Respublika Arena”da oynanılan qarşılaşma "Sabah"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda bütün qollar ikinci hissədə vurulub. Velko Simiç, Stiv Silve, Coy-Lens Mikels və Ksander Severina fərqləniblər. İlk oyunda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında rəqibini 4 cavabsız qolla üstələyən "Sabah" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Komanda bununla həm də ən azı Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib. Qeyd edək ki, "Sabah" pley-off mərhələsində "Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. İsrail klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Geri qayıt |