Əsas Səhifə > Maraq > Konfrans Liqası: “Qarabağ”ın cavab oyununun da hakimləri açıqlanıb

Konfrans Liqası: “Qarabağ”ın cavab oyununun da hakimləri açıqlanıb


Dünən, 15:30


“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) klubuna qarşı keçirəcəyi cavab oyununa da hakim təyinatları açıqlanıb.

BrendSport.az
xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək.

VAR hakimi Piter Benks, onun köməkçisi isə Ceyms Bell olacaq.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə avqustun 6-da Polşanın Lublin şəhərində təşkil olunacaq.
Geri qayıt