Əsas Səhifə > Maraq > Azərbaycan ficital-idman üzrə Astanada keçirilən beynəlxalq sammitdə təmsil olunur

Azərbaycan ficital-idman üzrə Astanada keçirilən beynəlxalq sammitdə təmsil olunur


Bu gün, 14:14


Qazaxıstan paytaxtında “Gələcəyin oyunları” beynəlxalq idman turniri çərçivəsində “Phygital Sports Summit Astana 2026” tədbiri keçirilir.

BrendSport.az
xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iştirak edir.

Qazaxıstan turizm və idman naziri Yerbol Mırzabosınov açılış nitqi söyləyib.

Tədbirdə Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Özbəkistan və Belarusun idman nazirləri, beynəlxalq idman təşkilatlarının nümayəndələri, texnologiya şirkətlərinin təmsilçiləri və müxtəlif ölkələrin mütəxəssisləri iştirak edirlər.

Sammitin proqramına bədən tərbiyəsi idmanının inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal texnologiyalar, innovasiya və idman sənayesinin perspektivləri mövzularında panel sessiyaları daxildir.

Tədbirin beynəlxalq bədən tərbiyəsi hərəkatının daha da inkişafına dair təcrübə mübadiləsi və birgə həllər hazırlamaq üçün platformaya çevriləcəyi gözlənilir.

AZƏRTAC
Geri qayıt