Əsas Səhifə > Maraq > Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndiribBu gün, 11:16 |
![]() Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib. BrendSport.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın Finlandiyanın “KuPS” klubu üzərində qazandığı qələbə (1:0) sayəsində mümkün olub. Bununla ölkəmizin hesabına daha 0,250 əmsal əlavə olunub. Hazırda Azərbaycan əvvəlki kimi 26-cı yerdədir. Ölkəmizin ümumi əmsalı 20,312-yə yüksəlib. 25-ci pillədə qərarlaşan İsrailin 20,750, Azərbaycandan bir pillə geridə olan Slovakiyanın isə 18,750 əmsalı var. Xatırladaq ki, bu mövsüm Azərbaycan klubları təsnifat mərhələlərində keçirdikləri 7 oyunun hamısında qələbə qazanıblar. Geri qayıt |