Əsas Səhifə > Maraq > Messidən daha bir dünya rekordu
Messidən daha bir dünya rekorduBu gün, 16:43 |
![]() Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində yeni rekorda imza atıb. BrendSport.az xəbər verir ki, 39 yaşlı hücumçu mundialların pley-off mərhələsində 15-ci oyununa çıxan ilk futbolçu olub. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Messi bu göstəriciyə 2026-cı il dünya çempionatının 1/4 finalında İsveçrə ilə görüşdə nail olub. Messi, yarışın pley-off mərhələsində 14 oyun keçirən Almaniya millisinin keçmiş hücumçusu Miroslav Klozenin nailiyyətini geridə qoyub. Qeyd edək ki, Messi həmin matçda məhsuldar ötürmə ilə də yadda qalıb. Argentina əlavə vaxtda İsveçrəni 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Geri qayıt |