Əsas Səhifə > Maraq > Abdullah Zubir Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurub

Abdullah Zubir Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurub


Bu gün, 14:27


Abdullah Zubir Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurub
"Qarabağ"ın futbolçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" ilə oyununda vurduğu qol yubileylə əlamətdar olub.

BrendSport.az
xəbər verir ki, bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb.

Əvvəl UEFA Kuboku, sonradan UEFA Avropa Liqası adlanan turnirdə keçirilən əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdu. "Qarabağ"ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.

Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/1996 mövsümündə qeydə alınıb. UEFA Kubokunun 1995-ci il avqustun 22-də keçirilən "Austriya" (Vyana, Avstriya) – "Kəpəz" görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.
Geri qayıt