Əsas Səhifə > Maraq > Dörd klubumuz avrokuboklarda mübarizə aparacaq

Dörd klubumuz avrokuboklarda mübarizə aparacaq


Bu gün, 11:00


2026-2027-ci il mövsümündə Azərbaycanın dörd voleybol klubu avrokuboklarda iştirak edəcək. Yeni mövsümdə ölkəmizi Avropa arenasında iki qadın və iki kişi komandası təmsil edəcək.

BrendSport.az
xəbər verir ki, son ölkə çempionları “Turan” və “Xilasedici” klubları CEV Çempionlar Liqasında, çempionatın gümüş mükafatçıları “DH Volley” və “ORDU” komandaları isə CEV Çelenc Kubokunda çıxış edəcəklər.

Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn formatda keçiriləcək. Püşkün nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin rəqibləri müəyyənləşəcək.
Geri qayıt