Əsas Səhifə > Maraq > “Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcəkBu gün, 15:43 |
![]() Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olacaq. Mərasim Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin mümkün rəqibləri “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya Krayova” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya) komandalarıdır. Qeyd edək ki, I təsnifat mərhələsinin görüşləri iyulun 9-u və 16-da oynanılacaq. Geri qayıt |