Əsas Səhifə > Maraq > Azərbaycan millisinin hər iki yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcəklər

Azərbaycan millisinin hər iki yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcəklər


Bu gün, 17:23


Futbol üzrə Azərbaycan milli komandasının Malta və San-Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.

BrendSport.az
xəbər verir ki, hər iki qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

İyunun 5-də Malta ilə keçiriləcək matçda baş hakim Mixali Kapralinə Balaş Buzaş və Bençe Belitsa, 3 gün sonra San-Marino ilə gerçəkləşəcək görüşdə isə Marton Ruşa Balaş Şert, Balaş Şalai kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə müvafiq olaraq, Tamaş Boqnar və Bençe Sonka yerinə yetirəcək.

Qeyd edək ki, Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Geri qayıt