Əsas Səhifə > Maraq > Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq

Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq


Bu gün, 13:30


UEFA Konfrans Liqasının 2025-2026-cı illər mövsümünün qalibi bu axşam müəyyənləşəcək.

BrendSport.az
xəbər verir ki, final qarşılaşmasında İngiltərənin "Kristal Pelas" və İspaniyanın “Rayo Valyekano" komandaları üz-üzə gələcək.

Həlledici oyun Almaniyanın Leypsiq şəhərində yerləşən "Red Bull Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasının qalibi növbəti mövsümdə Avropa Liqasının əsas mərhələsində iştirak edəcək.
Geri qayıt