Əsas Səhifə > Maraq > Nəriman Axundzadə məhsuldar ötürmə edib, komandası ABŞ Kubokunun yarımfinalına yüksəlib
Nəriman Axundzadə məhsuldar ötürmə edib, komandası ABŞ Kubokunun yarımfinalına yüksəlibBu gün, 12:17 |
![]() Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolambus Kryu" klubu ABŞ Açıq Kubokunda yarımfinala yüksəlib. BrendSport.az xəbər verir ki, MLS təmsilçisi 1/4 finalda "Nyu-York Siti"ni 1:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Görüşdə yeganə qol 59-cu dəqiqədə vurulub. Məhz azərbaycanlı hücumçunun ötürməsindən sonra Maksimilian Arfsten qapının uzaq küncünü dəqiq nişan alıb. Meydana start heyətində çıxan Nəriman Axundzadə 64-cü dəqiqədə əvəzlənib. Qeyd edək ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə qarşılaşacaq. Oyun sentyabrın 17-də keçiriləcək. Geri qayıt |