Əsas Səhifə > Maraq > ATF-nin iki nümayəndəsinə Avropa Taekvondo Birliyində vəzifə verilib

ATF-nin iki nümayəndəsinə Avropa Taekvondo Birliyində vəzifə verilib


Bu gün, 16:09


Avropa Taekvondo Birliyinin (ETU) müxtəlif komitələrinə seçimlərin nəticələri elan edilib.

BrendSport.az
xəbər verir ki, qurumun prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının (ATF) Baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-in mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.

Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.
Geri qayıt