Əsas Səhifə > Maraq > Robert Levandovski “Barselona”nı tərk edir

Robert Levandovski “Barselona”nı tərk edir


Bu gün, 17:00


Polşa millisinin futbolçusu Robert Levandovski cari mövsümün sonunda İspaniyanın "Barselona" komandasından ayrılacaq.

BrendSport.az
xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər arasında yeni müqavilə barədə danışıqlar tamamilə dayandırılıb. 37 yaşlı hücumçu yayda komandanı azad agent kimi tərk edəcək.

Təcrübəli forvardla İtaliya, ABŞ və Səudiyyə Ərəbistanı klubları maraqlansalar da, oyunçunun yüksək maaş tələbi keçidə mane olur.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Onun klubla müqaviləsi bu il iyunun sonunda başa çatacaq.
Geri qayıt