Əsas Səhifə > Maraq > Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası Monqolustan millisinə qarşı
Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası Monqolustan millisinə qarşı8-05-2026, 11:03 |
![]() "Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada təşkil olunan Dünya Seriyasında bu gün növbəti oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Monqolustan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12:15-də start götürəcək. Qeyd edək ki, "Neftçi" B qrupunda Polşa və Çin yığmalarını məğlub edərək 1/4 finala yüksəlib. Geri qayıt |