Əsas Səhifə > Maraq > “Bavariya” rəsmisi PSJ ilə oyundakı hakim qərarlarını tənqid edib

“Bavariya” rəsmisi PSJ ilə oyundakı hakim qərarlarını tənqid edib


Bu gün, 16:07


Almaniyanın “Bavariya” klubunun baş icraçı direktoru Yan-Kristian Driizen UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ komandası ilə keçirilən görüşdə (1:1) hakim idarəçiliyini tənqid edib.

BrendSport.az
xəbər verir ki, funksioner matçdan sonra verdiyi açıqlamasında belə vacib qarşılaşmaya Çempionlar Liqasında cəmi 15 oyun idarə etmiş hakimin təyin olunmasının təəccüb doğurduğunu bildirib. O, bunun bəzi qərarlara təsir etdiyini vurğulayıb.

Qarşılaşmanın 31-ci dəqiqəsində portuqaliyalı baş hakim Joao Pinheiro topun Joao Neveşin əlinə dəyməsinə baxmayaraq, PSJ-nin qapısına penalti təyin etməyib. Həmin epizodda Paris təmsilçisinin futbolçusu Vitinya topu cərimə meydançasından uzaqlaşdırıb. VAR hakimləri Marko Di Bello və Tiaqo Martins isə epizoda müdaxilə etməyiblər.

İki oyunun nəticəsinə əsasən rəqibinə 5:6 hesabı ilə uduzan “Bavariya” turnirlə vidalaşıb. Finala yüksələn PSJ isə həlledici görüşdə “Arsenal” ilə qarşılaşacaq. Turnirin finalı mayın 30-da Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda baş tutacaq.
Geri qayıt