Əsas Səhifə > Maraq > Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabı təqdim edilib
Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabı təqdim edilibBu gün, 12:49 |
![]() Azərbaycan İdman Akademiyasında veteran futbol həkimi, Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimat mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Boris Xetaqurovun Azərbaycan futboluna verdiyi töhfələrin danılmaz olduğunu söyləyib. Onun 50 illik fəaliyyətinin idman tariximizdə mühüm bir hissə olduğunu deyib və belə dəyərli təcrübənin kitab halında təqdim olunmasının gələcək nəsillər üçün qiymətini vurğulayıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftahətdinova idmanda uğurların yalnız idmançıların deyil, həm də onların sağlamlığını qoruyan həkimlərin zəhmətinin nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, Boris Xetaqurov kimi peşəkarların fəaliyyəti bu sahədə xüsusi əhəmiyyət daşıyır. “Əməkdar həkim” fəxri adına layiq görülmüş Esmiralda Ələkbərova Boris Xetaqurovun uzun illər ərzində gördüyü işlərin bu sahənin inkişafına böyük töhfə verdiyini deyib. Veteran futbolçu Nazim Süleymanov isə əməkdar həkimin təcrübəsinin gənc mütəxəssislər üçün nümunə olduğunu diqqətə çatdırıb. Futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev B. Xetaqurovun postsovet ölkələrində böyük hörmət qazandığını vurğulayıb. Kitabın redaktoru Vüqar Məmmədovun sözlərinə görə, nəşrdə veteran həkimin zəngin həyat və peşə yolu dolğun şəkildə əks edilib. O, kitabın oxucularda maraqlı təəssüratlar yaradacağına inandığını bildirib. Sonda Boris Xetaqurov uzun illərdir fəaliyyəti barədə kitab çap etdirmək istədiyini və burada “Neftçi”də keçirdiyi günlərlə bağlı xatirələrini oxucularla bölüşmək niyyətində olduğunu dilə gətirib. Onun sözlərinə görə, futbol veteranlarının bu kitabın ərsəyə gəlməsində böyük rolu oldu. Çıxışlardan sonra Boris Xetaqurov kitabı təqdim edib. Geri qayıt |