Əsas Səhifə > Maraq > Ronaldu şəkər və undan imtina edib - şəxsi aşpazı pəhrizini açıqladı

Ronaldu şəkər və undan imtina edib - şəxsi aşpazı pəhrizini açıqladı


Bu gün, 14:37


Kriştianu Ronaldunun keçmiş şəxsi aşpazı Qiorgio Barone portuqaliyalı futbolçunun qidalanma rejiminin detalları ilə bölüşüb.

BrendSport.az
xəbər verir ki, bu pəhriz tam balanslaşdırılmışdır və yalnız sağlam məhsullara əsaslanır. Əsas qayda isə şəkərin tamamilə rasiondan çıxarılmasıdır.

Ronaldu səhərlər sadə qidalanır: avokado, qəhvə və yumurta. Nahar zamanı o, əsasən toyuq və ya balıq yeyir və bunu mütləq tərəvəzlərlə birlikdə qəbul edir. Karbohidratlar isə orqanizmə təbii yolla – tərəvəzlərdən daxil olur, un məmulatlarından isə tam imtina edilir. Futbolçu nə makaron, nə də çörək istehlak edir.

Axşam yeməyi isə daha yüngül olur – tərəvəzlərlə birlikdə balıq və ya ət filesi.
Geri qayıt