Əsas Səhifə > Maraq > Buffon İtaliya millisinin DÇ-2026-dan kənarda qaldığına hələ də inanmır

Buffon İtaliya millisinin DÇ-2026-dan kənarda qaldığına hələ də inanmır


Dünən, 19:17


Futbol üzrə İtaliya millisinin sabiq qapıçısı Cianluici Buffon söyləyib ki, İtaliya millisinin növbəti dəfə dünya çempionatından kənarda qalmasına heç cür izah tapa bilmir.

BrendSport.az
xəbər verir ki, əfsanəvi qapıçı bununla bağlı fikirlərini bölüşərkən maraqlı müqayisə aparıb.

Onun sözlərinə görə, hətta 1 000 yadplanetlinin Yer kürəsinə gəlməsi belə bu ssenaridən daha real görünür.

Buffon bildirib ki, milli komandanın üçüncü dəfə ardıcıl olaraq mundiala vəsiqə qazana bilməməsi ehtimalı onun üçün hələ də qəbulolunmazdır.

O, bu vəziyyəti millinin tarixində ağrılı bir səhifə kimi qiymətləndirib və qeyd edib ki, 12 il əvvəl belə nəticənin baş vermə ehtimalını yadplanetlilərin hücumundan daha aşağı hesab edirdi.
Geri qayıt