Əsas Səhifə > Maraq > "Məşqçim idmançı olmaqla bərabər, həm də gözəl insandır"
"Məşqçim idmançı olmaqla bərabər, həm də gözəl insandır"31-05-2018, 18:27 |
Nihad Əmiraslanov 01 iyul 2005-ci il tarixdə Ağdaş rayon Abad kəndində anadan olub. Hazırda Ağdaş rayonunda S.Vurğun adına liseyin VII sinfində oxuyur. 2017-ci ildən Ağdaş rayon Olimpiya İdman Kompleksində taekvondo idman növü üzrə məşqlərə başlayıb. Məşqçi Eşqin müəllim tərəfindən taekvondonun incəliklərini öyrənir. Son vaxtlar rayonlar üzrə qatıldığı yarışlarda 4 medal - 3 qızıl və 1 bürünc medal qazanıb. Bundan başqa əldə etdiyi uğurlara görə 23 diplomla təltif edilib. Boş vaxtlarında idmanla məşğul olmaqla bərabər, kitab oxumağı da sevir. Nihad deyir ki, məşqçim Eşqin müəllim yaxşı məşqçi və idmançı olmaqla bərabər, həm də gözəl insandır. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |