Əsas Səhifə > Maraq > Azərbaycanın robototexnika komandası MRC-də qızıl qazandı
Azərbaycanın robototexnika komandası MRC-də qızıl qazandıBu gün, 18:05 |
![]() Aprelin 3-dən 6-dək Yunanıstanın Heraklion şəhərində təşkil olunan Minoan Robotic Competition (“MRC”) beynəlxalq yarışında Azərbaycanın “Joshuatech” komandası uğurlu nəticəyə imza atıb. BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb. Bildirilib ki, 40-dan çox ölkədən 700-dən artıq komandanın mübarizə apardığı nüfuzlu yarışda təmsilçimiz “Obstacle Race Advanced” kateqoriyasında birinci yeri qazanıb. “Joshuatech” komandasının bu nailiyyəti Azərbaycanın robototexnika sahəsində beynəlxalq arenadakı mövqeyini daha da gücləndirib. Geri qayıt |