Əsas Səhifə > Maraq > Emin Mahmudov Serbiyada əməliyyat olunub
Emin Mahmudov Serbiyada əməliyyat olunubBu gün, 14:55 |
![]() “Neftçi” futbol komandasının kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 27-ci turunda “Araz-Naxçıvan” üzərində qazanılan qələbə və zədəsi ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb. BrendSport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilk olaraq səhhətindəki son duruma aydınlıq gətirib. “Müalicə üçün Serbiyaya getmişdim və orada yüngül əməliyyat olundum. Komanda ilə cəmi 1-2 gün məşq edə bildim. Əməliyyatın ağrıları olsa da, şükür Allaha, özümü daha yaxşı hiss edirəm və meydana çıxıb komandama kömək etdim”, - deyə kapitan söyləyib. Yarımmüdafiəçi oyunla bağlı qeyd edib ki, komanda bir çox qol şansı yaratsa da, soyuqqanlılıq çatışmazlığı ucbatından bunların hamısını reallaşdıra bilməyib. O, həmçinin baş məşqçi Yuri Vernidubun tətbiq etdiyi “gizli 9 nömrə” taktikası haqqında da danışıb: “Hər bir oyunçu məşqçinin istədiyini yerinə yetirmək üçün çox çalışır. Şükür Allaha, bu da hələ ki, yaxşı alınır. Turnir cədvəlində yuxarı pillələrdəki rəqiblərlə matçlara gəlincə, biz hər oyunda qalib gəlmək istəyirik. Bu seriyanı davam etdirmək üçün dayanmamalıyıq”. Emin Mahmudov növbəti turdakı rəqibləri “Zirə”ni çempionatın ən intizamlı komandalarından biri adlandırıb və onları ağır oyun gözlədiyini vurğulayıb. Geri qayıt |