Əsas Səhifə > Maraq > “Qarabağ”ın legioneri 2 oyunluq cəzalanıb

“Qarabağ”ın legioneri 2 oyunluq cəzalanıb


Bu gün, 15:20


AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kadi Borgesi 2 oyunluq cəzalandırıb.

BrendSport.az
xəbər verir ki, buna braziliyalı yarımmüdafiəçinin Misli Premyer Liqasının XX turunda “İmişli” ilə oyunda qırmızı vərəqə alması səbəb olub.

O, ciddi qayda pozuntusuna görə birbaşa meydandan qovulduğu üçün qarşıdakı iki matçda oynamayacaq. Ağdam klubu isə onun davranışına görə 1000 manat cərimə edilib.

Həmçinin qarşılaşmanın sonlarında “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub daha 6000 manat ziyana düşüb.
Geri qayıt