Əsas Səhifə > Maraq > “Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında
“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasındaBu gün, 13:36 |
![]() Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən komandaların futbolçularının oyunlardakı qaçış sürəti ilə bağlı hesabatı açıqlayıb. BrendSport.az xəbər verir ki, 5 mövqe üzrə 20 futbolçunun daxil olduğu siyahıda “Qarabağ”ın oyunçuları da yer alıblar. Mərkəz müdafiəçiləri arasında ən yüksək göstərici Kevin Medinaya məxsusdur. O, 33,5 kilometr/saatla 12-ci olub. Cinah müdafiəçilərinin statistikasında Elvin Cəfərquliyev (34,92 kilometr/saat) 6-cı, vingerlərdən Emmanuel Addai (35,87 kilometr/saat) 4-cü, mərkəz hücumçuları arasında isə Kamilo Duran (33,42 kilometr/saat) 12-ci pillədə qərarlaşıb. Qeyd edək ki, CIES-in hesabatı futbolçuların oyun zamanı çatdığı maksimal sürət və qaçış göstəriciləri əsasında hazırlanıb. Geri qayıt |