Əsas Səhifə > Maraq > “Yuventus” 66 ildən sonra avrokuboklarda 5 top buraxıb

“Yuventus” 66 ildən sonra avrokuboklarda 5 top buraxıb


Bu gün, 12:25


UEFA Çempionlar Liqasının pley-off mərhələsində Türkiyədə “Qalatasaray” və İtaliyanın “Yuventus” komandaları arasında keçirilən matç (5:2) bir sıra statistik göstəricilərlə yadda qalıb.

BrendSport.az
xəbər verir ki, İstanbul təmsilçisi klub tarixində ilk dəfə bir Çempionlar Liqası matçında 5 qol vurub.

Turin klubu isə avrokuboklar tarixində ikinci dəfə bir qarşılaşmada 5 və ya daha çox top buraxıb. “Qoca sinyora” daha əvvəl 1958-1959-cu illər mövsümündə Avropa Kubokunda Avstriyanın “Vyana” komandasına 0:7 hesabı ilə məğlub olmuşdu.

“Qalatasaray”la görüşdə qonaq komandanın yarımmüdafiəçisi Työn Kopmeyners dubla imza atıb. Bununla da niderlandlı oyunçu 1992-ci ildən sonra pley-off mərhələsində bir matçda iki qol vuran ilk “Yuventus” futbolçusu kimi tarixə düşüb.

Geri qayıt