Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqası: “Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlanıb

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Nyukasl” oyununun hakimləri açıqlanıb


Bu gün, 14:04


UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb.

BrendSport.az
xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperink, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
Geri qayıt