Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib
Çempionlar Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşibBu gün, 15:30 |
![]() UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub. Azərbaycan çempionu 1/8 finala gedən yolda İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək. Pley-off cütləri “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) “Borussiya Dortmund” (Almaniya) – “Atalanta” (İtaliya) “Olimpiakos” (Yunanıstan) – “Bayer Leverkuzen” (Almaniya) “Brügge” (Belçika) – “Atletiko” (İspaniya) “Monako” (Fransa) – PSJ (Fransa) “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) “Benfika” (Portuqaliya) – “Real Madrid” (İspaniya) “Budyo-Qlimt” (Norveç) – “İnter” (İtaliya) Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. “Qarabağ” bu raundda ilk görüşü Bakıda keçirəcək. Geri qayıt |