Əsas Səhifə > Maraq > Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!
Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!Bu gün, 14:12 |
![]() “Qarabağ”ı təbrik edirəm. BrendSport.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib. O, “Liverpul” kimi komandaya səfərdə məğlub olmağın normal hal olduğunu bildirib: “Kaş ki, hesab 0:6 olmazdı. Lakin “Qarabağ” bu büdcə və heyətlə adını pley-offa yazdırdı. Halal olsun! Böyük uğurdur. İki türk komandası – “Qalatasaray” və “Qarabağ” Çempionlar Liqasına yoluna davam edir. Təbrik edirəm”. Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq. Azərbaycan çempionu 1/8 finala gedən yolda PSJ və ya “Nyukasl”la qarşılaşacaq. Geri qayıt |