Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb

Çempionlar Liqası: “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb


Bu gün, 02:01


“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin VIII turunda İngiltərədə “Liverpul”un qonağı olub. “Enfild” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mersisayd” təmsilçisinin heyətində qolları Aleksis Makallister (2), Florian Virts, Məhəmməd Salah, Uqo Ekitike və Federiko Kyeza vurublar.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.
Geri qayıt