Əsas Səhifə > Maraq > Azərbaycanın FIFA referisi Hikmət Qafarlı növbəti dəfə təyinat alıb

Azərbaycanın FIFA referisi Hikmət Qafarlı növbəti dəfə təyinat alıb


Bu gün, 13:34


Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FIFA referisi Hikmət Qafarlı da var.

BrendSport.az xəbər verir ki, o, B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq.

Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-i saat 19:00-da Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.

Qeyd edək ki, FIFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutan Ermənistan – Ukrayna görüşünə olub. Timekeeper kimi iş başında olan referi bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.
Geri qayıt