Əsas Səhifə > Maraq > Bəhlul Mustafazadənin qolu tarixə düşüb
Bəhlul Mustafazadənin qolu tarixə düşübBu gün, 00:47 |
![]() “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub. BrendSport.az xəbər verir ki, o, Almaniyanın “Ayntraxt” komandası ilə matçın 90+4-cü dəqiqəsində diqqət mərkəzinə düşüb. 28 yaşlı müdafiəçinin qolu təmsilçimiz üçün həlledici olub. Xatırladaq ki, görüş Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək. Geri qayıt |