Əsas Səhifə > Maraq > Keçmiş Formula 1 pilotu həbs edilib
Keçmiş Formula 1 pilotu həbs edilibBu gün, 15:55 |
![]() Formula 1 üzrə keçmiş pilot Antonio Pitssonia ABŞ-ın Texas ştatında saxlanılıb. BrendSport.az xəbər verir ki, bu barədə “Formula Passion” portalı məlumat yayıb. Bildirilib ki, braziliyalı pilot bir nəfərə xəsarət yetirməkdə ittiham olunur. Hadisə Pitssonianın oğlunun iştirak etdiyi kartinq yarışı zamanı baş verib. İddialara görə, o, yarışdan sonra digər iştirakçının atası ilə mübahisə edib və bu, fiziki qarşıdurmaya çevrilib. 45 yaşlı Pitssonia saxlanıldıqdan sonra girov müqabilində azadlığa buraxılıb. Qeyd edək ki, Antonio Pitssonia 2003–2005-ci illərdə Formula 1 yarışlarında “Uilliams” və “Yaquar” komandalarının heyətində çıxış edib. Geri qayıt |