Əsas Səhifə > Maraq > Yoxlama oyunu: “Neftçi” Misir klubu ilə qarşılaşacaq

Yoxlama oyunu: “Neftçi” Misir klubu ilə qarşılaşacaq


Bu gün, 09:00


Mövsümün ikinci yarısına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlaşan "Neftçi" növbəti yoxlama matçına çıxacaq.

BrendSport.az
xəbər verir ki, paytaxt təmsilçisi bu gün Misirin “Piramids" klubu ilə qarşılaşacaq.

"Məhəmməd bin Zayed" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “ağ-qaralar” ilk oyununda "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib.
Geri qayıt