Əsas Səhifə > Maraq > “Neftçi” Qazaxıstan, “Sumqayıt” Macarıstan klubu ilə qarşılaşacaq
“Neftçi” Qazaxıstan, “Sumqayıt” Macarıstan klubu ilə qarşılaşacaqDünən, 10:00 |
![]() Mövsümün ikinci hissəsinə ölkə xaricində hazırlaşan "Neftçi" və "Sumqayıt" komandaları qış təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyunlarına çıxacaq. BrendSport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə toplanış keçən “ağ-qaralar” Qazaxıstan təmsilçisi "Kayrat"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Sumqayıt" isə Macarıstanın "Pakş" kollektivi ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Geri qayıt |